Bakı.Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyəthüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixliqərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinintənzimlənməsində geniş tətbiq olunan “Şərəf və ləyaqətin müdafiəsibarədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsitəcrübəsi haqqında” 1999-cu il 14 may tarixli plenum qərarıqüvvədən düşmüşdür.
Trend xəbərverir kİ, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilir ki, əvvəlki plenum qərarından fərqli olaraq yeniqərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsitoxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatəolunmuşdur:
Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi iləsahib olduğu mənəvi dəyərdir.
Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsidavranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görəcəmiyyətdə qazandığı dəyərdir.
İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və yadigər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsindəformalaşmış rəydir.
İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilmiş, hüquqi şəxslərvə fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər,notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sairpeşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyayaaid edilmişdir.
İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı,sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlətqeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzindəhəyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonrayaranır.
Fiziki şəxslər işgüzar nüfuzlarını ləkələyən məlumatlarınyayılmasına görə həm mənəvi, həm də maddi zərərin kompensasiyasınıtələb edə bildikləri halda, hüquqi şəxslər mənəvi zərər tələb edəbilməz. Onların işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlənəticələnə bilər.
Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və yahərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyənifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərinişlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət vəişgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı(mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.
Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halınbirlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat,təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini vəişgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və yahərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması iləbağlıdırsa, həmin məlumat yalan olmalıdır.
İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdəşəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfirəyin yaradılmasına yönəlmiş olmalıdır.
Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılmasıyayılma olmadan da mümkündür. Yəni, yuxarıda göstərilən məlumat,ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsinözünə bildirdildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və buəsasla mülki iddia irəli sürülə bilər.
Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedicihökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılmasıvə ya şəxsə bildirilməsi qadağandır və bu hərəkətlər təqsirsizlikprezumpsiyasını pozur. Bu hüququn müdafiəsi və pozulmasından irəligələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntuanından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmünçıxarılması və qanuni qüvvəyə minməsi bu hüququn qarşısınıalmır.
Bir şəxsin qarşı tərəfin ünvanına etdiyi tənqid, bildirdiyiqiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar pozuntuhesab edilmir. Bu zaman məlumat müəllifin subyektivqiymətləndirməsini özündə əks etdirməlidir və hansısa faktı təsviretməməlidir. (məsələn, bir şəxsin əyləncə mərkəzlərinin birindəaldığı qidanın satış qiymətinin ona görə baha olduğunu bildirməsitənqid və mülahizə hesab edilməklə işgüzar nüfuzu alçaltmır. Lakinşəxsin əyləncə mərkəzində əslində ucuz satış qiyməti olan qidalarınturistlərə dəfələrlə baha qiymətə satıldığını, vergini isə ucuzsatış qiymətinindən ödədiyini, bununla da vergidən yayındığı barədəhəqiqətə uyğun olmayan faktları bildirməsi işgüzar nüfuzu alçaldanməlumat hesab edilir). O da qeyd edilməlidir ki, məlumatda faktlartəsvir edilməsə belə, şərəf və ləyaqəti alçaldan tərzdə, yəniistehzalı, təhqiredici formada ifadə edilərsə, qəsdən, pis niyyətlə(şəxsin cəmiyyətdə və ya kollektivdə nüfuzdan salınması və s.) vəya qarşı tərəfə zərər yetirmək məqsədi ilə işlədilərsə şərəf,ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə səbəb ola bilər.
Bundan başqa, hər kəsin özünün pozulmuş hüquqlarının bərpasıməqsədilə digər şəxsin qanunsuz, o cümlədən cinayət əməlləri barədəittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərisəlahiyyətli aidiyyəti orqana ünvanlamaq hüququ var. Beləmüraciətlər də şərəf və ləyaqəti alçaltmır və işgüzar nüfuzuləkələmir. Lakin belə müraciətlərin məzmunu aşkar surətdə şəxsinşərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadəedilməməlidir və müraciətlər onların ünvanlandığı orqanınsəlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənaraçıxmamalıdır. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədiləqonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək,onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərəgörə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununlayanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalanməlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlışəxsin məsuliyyəti istisna olunsa da, ikinci hissəsi qarşı tərəfinşərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır.
Plenum qərarında ilə ilk dəfə olaraq publik şəxslər digər fizikişəxslərdən fərqləndirilmişdir. Publik şəxslərin fəaliyyəti iləbağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf,ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çoxdözümlülük nümayiş etdirməli olması bəyan edilmiş, bununla yanaşıonların tərəf olduğu mübahisələr üzrə işlərə baxılarkən diqqətəalınmalı məqamlara aydınlıq gətirilmişdir.
Yuxarı qurumlara və ya aidiyyəti orqanlara publik şəxslərdənedilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərindəvə ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər (fəaliyyətləriilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdanşərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək formada görünməsimümkündür) də mülki hüquq pozuntusu hesab edilmir. Lakin beləmüraciət və fikirlər də aşkar surətdə şərəf və ləyaqəti alçaldantərzdə, yəni təhqiredici formada ifadə edilməməli, aşkar surətdəşərəf və ləyaqəti alçaldan məlumatlar və ya təhqiredici ifadələr,habelə, şəxsin publik səlahiyyətləri ilə bağlı olmayan yalan,ittihamedici məlumat və ifadələr olmamalıdır.
Əvvəlki plenum qərarından fərqli olaraq, yeni qərarda yayılmahalına yeni anlayış verilmiş və ilk dəfə olaraq yayılma zamanımedia subyektlərinin roluna, onların məsuliyyətinə də aydınlıqgətirilmişdir.
Yayılma məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxudqeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavrayabiləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həminşəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.
Plenum qərarında yayılmanın audio-video yazı və yaxud canlıyayım vasitəsi ilə baş verməsindən asılı olaraq mediasubyektlərinin məsuliyyəti də fərqləndirilmişdir: yayılmaaudio-videoyazı yolu ilə edilmişsə, birmənalı olaraq media subyektiməsuliyyət daşıyır.
“Media haqqında” Azərbaycan Respublikası Qanununun 77-cimaddəsinə əsasən yayılma canlı efirdə baş verdikdə mediasubyektinin məsuliyyəti istisna edilir. Bu normada canlı efirdedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan,yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.
Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar vəsilsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa,artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanıməsuliyyət daşıyacaq. Proqramın məzmunu şəxsiyyət hüquqlarınahüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız ohalda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxslərisəsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəklərihərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədəəvvəlcədən anlaşılan formada xəbərdar etsin.
Şərəf və ləyaqəti, işgüzar nüfuzu alçalan şəxs pozuntunun təsbitedilməsi, pozuntunun qarşısının alınması (məlumatın yayılmasınınqarşısının alınması, qadağan edilməsi), pozuntunun aradanqaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi,onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi,hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi vəs.) və digər üsulların tətbiq edilməsi məqsədilə məhkəmədə iddiaqaldıra bilər.
Təkzib ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyəthüquqlarını pozan məlumatların həqiqətə uyğun olmadığı barədəbəyanatdır. Təkzibin mətni və verilmə üsulu iddia tələbininməzmunundan asılı olmayaraq, məhkəmə tərəfindənmüəyyənləşdiriləcək.
Məlumatın silinməsi və düzəlişi isə yalnız rəqəmsalplatformalarda mümkündür, bu səbəbdən də bu üsulun çap mediasındadərc olunmuş məlumatlara tətbiq edilməyəcək.
Hər bir şəxsin onun barəsində yayılmış həqiqətə uyğun olmayanməlumatlara cavab vermək, yəni, özünün münasibətini ifadə etməkhüququ vardır və bu imkan yaradılmadığı halda şəxsin tələbiəsasında müdafiə üsulu kimi tətbiq edilə bilər.
Fiziki şəxslərin məcburi üzr istəməsi şərəf və ləyaqətinmüdafiəsi üsulu kimi uzun müddət mübahisə mövzusu olmuş, həm hüquqictimaiyyəti, həm də məhkəmələr arasında bu məsələ ilə fikirayrılığı mövcud olmuşdur. Belə ki, bir qism hüquqşünaslar üzristənilmənin bəzi hallarda ən effektiv müdafiə üsulu olduğunu əsasgətirsələr də, əks fikir daşıyıcıları fiziki şəxsin üzr istəməyəməcbur edilməsinin özünü elə həmin şəxsə münasibətdə şərəf vələyaqəti alçaldan davranış hesab etmişlər.
Yeni qəbul edilmiş plenum qərarı ilə üzr istəmə ilə bağlı vahidmövqe sərgilənmiş və yekun olaraq qeyd edilmişdir ki,Konstitusiyanın 24 və 46-cı maddələrində şəxsiyyətin ləyaqətinindövlət tərəfindən qorunması bəyan edilərək, şəxsin insan ləyaqətinialçaldan rəftara və ya cəzaya məruz qalması qadağan edilmişdir. Busəbəbdən də üzr istənilmənin qanunla nəzərdə tutulmuş hallaristisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqiyolverilməzdir.
Xüsusi olaraq qeyd edilməlidir ki, fiziki şəxs edilmiş hər hansıəmələ görə (mülki, inzibati, inzibati xəta, cinayət və digər) öziradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlətorqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Beləməcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsəmənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu əsasla iddia irəlisürülərsə, məcburetmənin mövcudluğunun müəyyən edilməsi zamanışəxsin üzr ifadə edərkən bunu könüllü etməsinə dair bildirdiklərikifayət olmayacaq, üzrün icra edilməsi yeri, şəraiti, həmin vaxtşəxsin emosional-psixoloji vəziyyəti, habelə işin digər hallarınəzərə alınacaq.
Digər tərəfdən, üzr istəmənin könüllü və ya məcburi olmasındanasılı olmayaraq, üçüncü şəxslər və ya orqanlar tərəfindən mediasubyektlərində, sosial şəbəkələrdə və ya digər vasitələrləyayımlanması hüquqazidd olmaqla, kütləvilik baxımından həmin şəxsədaha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnəbilər.
Qanunla nəzərdə tutulmuş istisna halları isə “Media haqqında” və“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarınınqanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanınödənilməsi haqqında” qanunlar təşkil edir.
Belə ki, “Media haqqında” Qanunun 18.1-ci maddəsində nəzərdətutulmuş hallarda media subyektlərinin üzərinə üzr istəmək vəzifəsiqoyula bilər. Bu zaman nəzərə alınmalıdır ki, bu halda iddiayacavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımıvə s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) mediaredaksiyaları deyil, media subyektinin özü çıxış edir. Beləiddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi mediasubyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzrsubyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq mediaredaksiyasının adından verilməlidir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarınınqanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanınödənilməsi haqqında” Qanunla isə bu orqanların səhvi və yasui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxudtəqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdəüzr istənilə bilər.