AZ

ABŞ Fars körfəzinə altıncı esmines göndərir

ABŞ ordusu altıncı esmines olan USS Delbert D Black-ı Fars körfəzinə göndərib. Bu barədə CBS News və Reuters də daxil olmaqla Qərb mediası məlumat yayıb.

Adı çəkilməyən ABŞ rəsmisinə istinadən sonuncu ABŞ-ın Yaxın Şərqdə hazırda bir təyyarədaşıyan gəmisi, altı esmines və üç sahil döyüş gəmisinin olduğunu aydınlaşdırıb. Desmines son iki gün ərzində bölgəyə gəlib.

ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Müşaviri Marko Rubionun 28 yanvarda bildirdiyi kimi, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir və bu, ABŞ tərəfinin fikrincə, qabaqlayıcı tədbir olacaq. Rubio təsdiqləyib ki, ABŞ İran ətrafındakı son gərginliyə cavab olaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa davam etmək niyyətindədir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana doğru "nəhəng bir armada"nın gəldiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturub "nüvə silahlarının tamamilə ləğvini" əhatə edən "ədalətli və bərabər" bir razılaşmaya çatacağına ümid etdiyini bildirmişdi. Amerika lideri ötən ilin iyun ayında ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə zərbə endirdiyini və bu hücumun "Gecəyarısı Çəkic Əməliyyatı" adlandırıldığını xatırlatdı. Tramp "növbəti hücumun daha da pis olacağını" bildirərək "bunun baş verməsinin qarşısını almağa" çağırdı.

Əziz Mustafa

Seçilən
59
5
oxumeni.az

10Mənbələr