Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşüb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Məmmədov Habil Qabil oğlu Mayak kəndi ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən suya düşüb və boğularaq ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.