General-polkovnik rütbəsi Azərbaycan Respublikasının güc strukturlarında ən ali hərbi və xüsusi rütbə hesab olunur və bu status dövlət təhlükəsizliyi, müdafiə və hüquq-mühafizə sistemində xüsusi çəkisi olan vəzifə sahiblərinə verilir. Bu rütbəni, əsasən, müdafiə, daxili işlər və fövqəladə hallar nazirləri, eləcə də xüsusi xidmət orqanlarının rəhbərləri, baş prokuror və təhlükəsizlik blokunda yüksək postlar tutan şəxslər daşıyırlar.Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu gün Şahin Bağırova "Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib. Bununla da Azərbaycanda general-polkovnik rütbəsini daşıyan şəxslərin sayı artaraq 22 nəfərə çatıb. Metbuat.az xəbər verir ki, Modern.az vəzifədə olan, eləcə də müxtəlif illərdə istefaya göndərilmiş, lakin general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısını hazırlayıb:1. Zakir Həsənov - Müdafiə naziri2. Bəylər Əyyubov - Prezident Katibliyinin rəisi3. Ramil Usubov - Azərbaycan Təhlükəsizlik Şurasının katibi4. Kərim Vəliyev - Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini 5. Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi6. Vilayət Eyvazov - Daxili işlər naziri7. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi9. Mədət Quliyev - Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini10. Fikrət Məmmədov – Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri11. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı12. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi13. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sabiq sədri14. Zakir Qaralov - Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri15. Nəcməddin Sadıqov - Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi16. Səfər Əbiyev - Eks-müdafiə naziri17. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri18. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri 19. Fazil Məmmədov - Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)20. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının keçmiş sədri21. Hikmət Mirzəyev - Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, Vətən Müharibəsi Qəhrəmanı.22. Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.