Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:
“gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
“gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Quliyev Bəhruz Faiq oğlu