AZ

BTQ xətti üzrə yükdaşımaların artırılması məsələsi müzakirə olunub (FOTO)

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin sədri Rövşən Rüstəmov 29 yanvar tarixində Tbilisidə“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze vəGürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müaviniTamara İoseliani ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, görüş zamanı iki ölkə arasında dəmir yolunəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti vəperspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizinrəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsiistiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeydolunub.

Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti layihəsinin tamşəkildə başa çatdırılması, BTQ dəmir yolunun təhvil-təslim üzrəyekun aktının imzalanması və bu xətt üzrə yükdaşımaların həcmininartırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəbcoğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa vəmodernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illikyükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Budəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi OrtaDəhlizin rəqabətqabiliyyətin artırmaq və BTQ-ni dəhlizin əsasyükdaşıma arteriyalarından birinə çevirməkdir.

BTQ
BTQ
Məqalədə:
Seçilən
4
33
az.trend.az

10Mənbələr