AZ

Putin əl-Şaraa ilə Rusiya bazalarını müzakirə etsə də, Bəşər Əsədin ekstradisiyasına toxunulmayıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası dünən Rusiya Prezidenti Vladimir Putinin Suriya lideri Əhməd əl-Şaraa ilə danışıqları zamanı müzakirə olunmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya ilə Suriya arasında ticari-iqtisadi əlaqələri müzakirə ediblər: “Danışıqlar Dəməşqlə Moskva arasında ticari-iqtisadi münasibətlər və onların inkişafına yönəlib”.

Kremlin sözçüsü vurğulayıb ki, iki ölkə ticari-iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir və buna qarşılıqlı maraq göstərir.

Peskov dünənki görüşdə Suriyadakı Rusiya hərbi bazalarının müzakirə edildiyini də vurğulayıb. Lakin o, detalları açıqlamaqdan imtina edib.

Seçilən
28
50
apa.az

10Mənbələr