AZ

Onlar əsgərlikdən tamamilə azad edilir

Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.

Publika.az xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər.

Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.

Seçilən
70
20
publika.az

10Mənbələr