AZ

İstanbulda qaçaqmalçılıq yolu ilə qızıl gətirməkdə ittiham olunan şəxsə hökm oxundu

BAKI, 28 yanvar. TELEQRAF

İstanbulda qaçaqmalçılıq yolu ilə qızıl gətirməkdə, həmçinin üç nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan ElmanAtakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkili çıxış edib. Müdafiəçi bildirib ki, zərərçəkmiş iki şəxsə ziyan tam ödənilib, digər şəxsə də ziyanın böyük qismi ödənilib. Onun iki azyaşlı olduğu, ilk məhkumluğunu nəzərə alınmasını xahiş edib.
Vəkil həmçinin qaçaqmalçılıq ittihamına isə bəraət verilməsimi istəyib. Deyib ki, bu məhkəmə araşdırması zamanı sübuta yetirilməyib.
Sonda təqsirləndirilən şəxs son söz deyib. O barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Bundan sonra hakimlər hökm qəbul etmək üçün müşaviriyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. Hökmən əsasən təqsirləndirilən şəxsə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elman Atakişiyev İnqilab Babayev. Tural Səmədzadəvə adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, İstanbuldan 782349 manat dəyərində zərgərlik məmulatları qaçaqmalçılıq yolu ilə gətiriblər.
İstintaq müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev üç nəfərə qarşı dələduzluq edib.
Qeyd edək ki, cinayət işində adı keçən şəxslərin işi ayrıca icraata götürülüb.

Seçilən
111
50
teleqraf.com

10Mənbələr