Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində istintaq olunan sabiq PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.
Herbiand.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.
Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.
Xatırladaq ki, DTX Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə əlaqədar cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Bu qərardan sonra Türkiyədə olan Abbas Abbasov ölkəni təcili tərk edərək Rusiyaya yollanmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta