AZ

Birgə əməliyyat nəticəsində torpağa basdırılmış avtomat silah tapıldı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Publika.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Seçilən
49
8
publika.az

10Mənbələr