AZ

Vəli Əkbər vəzifəsindən azad edildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib. Onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. Mənbənin verdiyi məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib. Vəli Əkbər redaksiyamıza bildirib ki, o səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb.

 

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarına əsasən televiziyada belə bir struktur ləğv edilib.

 

Konkret.az

Tarix: 27 Yanvar 2026, 00:58   
Seçilən
68
16
pravda.az

10Mənbələr