AZ

Sabah bəzi rayonlara qar yağacaq

Bakı.Trend:

Yanvarın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağışyağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüzşimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubətisə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasındayağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdəarabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlardaarabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağıehtimal olunur.

Seçilən
10
49
az.trend.az

10Mənbələr