Yanvarın 24–25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan isə 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər saxlanılıb. Onlardan 28-i borclu şəxs qismində axtarışda olan şəxslər olub və aidiyyəti üzrə təhvil verilib.
Həmin günlər ərzində narkotiklərlə əlaqəli 40 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 42 fakt müəyyən edilib.
Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.
Gülnar Nazimqızı