AZ

İngiltərə Premyer Liqası: “Çelsi” səfərdə “Kristal Palas”ı məğlub etdi - VİDEO

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Kristal Palas” və “Çelsi” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, səfərdə keçirilən qarşılaşmada “Çelsi” 3:1 hesablı qələbə qazanıb.

Hesabı 34-cü dəqiqədə Estevao açıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Joao Pedro fərqi iki topa çatdırıb. 64-cü dəqiqədə isə Enso Fernandes penaltini dəqiq yerinə yetirərək üstünlüyü daha da artırıb.

Ev sahibləri üçün vəziyyət 73-cü dəqiqədə daha da çətinləşib. Adam Uorton ikinci sarı vərəqə aldıqdan sonra meydandan kənarlaşdırılıb. “Kristal Palas”ın yeganə qolu isə 89-cu dəqiqədə Kris Riçards tərəfindən vurulub.

Bu nəticədən sonra “Kristal Palas” 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 37 xalla Premyer Liqada dördüncü yerdədir.

İdman.Biz
Məqalədə:
Seçilən
131
36
idman.biz

10Mənbələr