AZ

Sabah 2 dərəcə isti olacaq

Yanvarın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Tarix: 24 Yanvar 2026, 12:38   
Seçilən
44
49
pravda.az

10Mənbələr