Yanvarın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakinsəhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var.Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyiəsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buzbağlayacaq.