AZ

Yanvarın 23-ü üçün XƏBƏRDARLIQ - Şaxta geri qayıdır

Yanvarın 23-də Bakıda rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % olacaq. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların  buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, dağlıq ərazilərdə  13-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək  isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə sabah hava əsasən yağmursuz olacaq, lakin gündüz  bəzi yerlərdə  qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, dağlıq ərazilərdə 10-12° şaxta, gündüz 1-5° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz olacaq. Lakin gündüz  bəzi dağlıq ərazilərdə qısamüddətli qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta,  gündüz 3-8° isti olacaq.  Gecə və səhər yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru  bəzi şərq rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman ola bilər. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz olacaq. Arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-9° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir.  Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 4-7° şaxta, gündüz 0-4° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.


Telegram kanalımız
Seçilən
65
15
yenisabah.az

10Mənbələr