AZ

"Qarabağ" israrlıdır, "Neftçi"də yeni tapşırıq, Ayxan Abbasova maraqlı müraciət

“Şamaxı” rəhbərliyi Ayxan Abbasova müraciət edib. Məqsəd ondan kömək, daha doğrusu, məsləhət almaqdır. O, millinin baş məşqçisi olduğu üçün tələbə əsasən gələn ilin iyununda “şirlər”lə əməkdaşlığını dayandıracaq. Bu barədə "Sportinfo" saytı yazıb.

Bundan əlavə, "Qarabağ"ın maraq dairəsində olan yeni oyunçularla bağlı bəzi detallar bilinib. Ağdam təmsilçisi hücum xəttini gücləndirməyi planlaşdırır. Qurban Qurbanovun sərəncamında görmək istədiyi legionerlər hazırda Avropada çıxış eləyir. Onlardan biri konqolu, digəri isə kolumbiyalıdır. Danışıqların ilkin mərhələsi artıq arxada qalıb.

Ölkə.Az-ın məlumatına görə, Qurban Qurbanov mətbuat konfransında buna işarə edən açıqlama da verib.

"Gözlənti çoxdur, alınmalıdır. Hansısa maneə olmasa, transfer olmalıdır. Danışıqlar davam edir", - o deyib.

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub isə köməkçilərinə Premyer Liqada çıxış edən 11 komandayla bağlı hərtərəfli hesabatın hazırlanmasını istəyib. Belə ki, elitanın digər iştirakçılarının hər birinin heyəti, oyun üslübu, baş məşqçilərinin taktiki yanaşmaları öyrənilməlidir. 

Ölkə.Az

Seçilən
106
50
olke.az

10Mənbələr