AZ

Senator Kruz: “Xamenei ilə vidalaşmağın vaxtıdır”

ABŞ İranın ali rəhbəri Əli Xameneinin hakimiyyətinə son qoymaq üçün bütün mümkün addımları atmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə senator Ted Kruz Fox News-ə müsahibəsində danışıb.

“Düşünürəm ki, ABŞ bu rejimə son qoymaq üçün bütün imkanlardan istifadə etməlidir”, – deyə o, əlavə edib.

Senator qeyd edib ki, ayətulla Xamenei Amerikaya nifrət edir.
 

“O mütəmadi olaraq “Amerikaya ölüm!”  şüarları səsləndirən kütlələrə rəhbərlik edir”, – deyə Kruz vurğulayıb.


Bununla yanaşı, Xamenei aparatının nümayəndəsi Mehdi Fazəli ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyini dəyişdirməyə çağıran açıqlamalarını “günahkar bir şəxsin ümidsiz cəhdləri” adlandırıb.

Bizim.Media

Seçilən
160
22
bizim.media

10Mənbələr