AZ

Lənkəranda evi yandıran oğru saxlanıldı

Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarını oğurladıqdan sonra evi yandıran şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.

Seçilən
63
25
publika.az

10Mənbələr