Ermənistan heç vaxt dost İran xalqına və dövlətinə qarşı heç bir addım atmayıb və atmayacaq və İrana qarşı yönələ biləcək heç bir prosesdə iştirak etməyəcək.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib.
O, TRIPP proqramından danışarkən bunun İran da daxil olmaqla, regiondakı bütün ölkələr üçün böyük iqtisadi imkanlar yaratdığını vurğulayıb:
"Düşünürəm ki, ölkələrindəki mövcud gərginlik bir şəkildə aradan qaldırıldıqda, onlar bu cür təhdidlərin artıq mövcud olmadığını görəcəklər", - Simonyan vurğulayıb.
ABŞ-ın Ermənistan ərazisindən İrana qarşı əməliyyatlar aparmaq üçün istifadə etməsində təhlükə görüb-görmədiyi soruşulduqda, Ermənistan Milli Assambleyasının sədri bu cür qiymətləndirmələrin şişirdildiyini bildirib.
Xatırlatma: İranın Ermənistandakı səfiri Xəlil Şirqolami dolayı yolla Ermənistan tərəfini İran səfirliyinin qarşısında etiraz aksiyalarına icazə verməkdə ittiham edib və qeyd edib ki, onlar bu barədə narahatlıqlarını dəfələrlə müvafiq orqanlara bildiriblər.
Telegram kanalımız