AZ

"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq

style='margin-bottom:10px;'>

London klubu məşqçilər korpusunu niderlandlı mütəxəssislə gücləndirib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı Con Heytinqa "Tottenhem"də baş məşqçi Tomas Frankın köməkçisi təyin olunub. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Heytinqa 2025-ci ilin iyulundan noyabrına qədər "Ayaks"a rəhbərlik edib. O, bundan əvvəl "Liverpul"da Arne Slotun assistenti olub, həmçinin "Vest Hem"də çalışıb.

Futbolçu karyerası ərzində Heytinqa "Atletiko", "Everton", "Fulhem", "Herta" və "Ayaks" klublarının şərəfini qoruyub. O, "Ayaks"ın heyətində iki dəfə Niderland çempionu olub.

Qeyd edək ki, "Tottenhem" İngiltərə çempionatının 2025/26 mövsümündə turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda 21 oyunda 27 xal toplayıb.

Seçilən
151
50
teleqraf.com

10Mənbələr