AZ

Paşinyan: Azərbaycan və Türkiyə sərhədlərinədək dəmir yolunun bərpası üçün Rusiyadan cavab gözləyirik

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan Rusiyadan olan tərəfdaşlarından Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinə qədər olan hissələrində dəmir yollarının bərpası ilə bağlı qərar qəbul etmələrini istəyib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə çıxışı zamanı bildirib.

"Bəli, bu məsələ müzakirə olunub. Mən bunu həmçinin Rusiya prezidenti ilə də müzakirə etmişəm. Eləcə də Ermənistanın baş nazirinin müavininin də bunu Rusiya Federasiyası baş nazirinin müavini ilə müzakirə etmək imkanı olub. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik", - deyə Paşinyan müvafiq suala cavabında qeyd edib.

Dəmiryolu xətlərində bərpa işlərinə nə zaman başlanacağına gəlincə, Nikol Paşinyan qeyd edib:

"Müvafiq son tarix indidir və biz istəyimiz odur ki, bu, dərhal edilsin. Proseslər gedir və bu barədə sizə məlumat veriləcək. Reallıqlar bunun mümkün qədər tez həyata keçməsini tələb edir. Biz rusiyalı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar vermələrini istəyirik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
12
oxu.az

10Mənbələr