AZ

Tramp FES-in rəhbəri barədə: “Hələ çox tezdir”

xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı özünün son nəticədə hansı qərara gələcəyi barədə danışmağı hələ çox tez olduğunu deyib.

“Reuters” agentliyinə müsahibəsində Cerom Paueli tutduğu vəzifədən çıxarıb-çıxarmayacağı barədə sualına Donald Tramp“Belə planlarım yoxdur” cavabını verib.

Amerika lideri Ədliyyə nazirliyinin təhqiqatının ona bunu etməyə əsas verib-verməməsi ilə bağlı məqama da aydınlıq gətirib.

“Bununla bağlı hal-hazırda bir az qeyri-müəyyən vəziyyətdəyik və nə edəcəyimiz barədə qərar verəcəyik. Amma təfərrüatlara vara bilmərəm. Hələ tezdir, çox tezdir”,- ABŞ prezidenti vurğulayıb.

Tramp FES-in rəhbərini təqib edir
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp FES-in rəhbəri Cerom Paueli kəskin tənqid edərək, onu “dəli” adlandırmış və tezliklə postunu itirə biləcəyi ilə hədələmişdi.

Pauelin FES-in sədri kimi səlahiyyət müddəti bu ilin may ayında başa çatır, lakin 2028-ci ilə qədər o, qurumun İdarə Heyətinin üzvü kimi qala bilər. Bu statusdan vaxtından əvvəl imtina etməklə bağlı Pauelin heç bir öhdəliyi yoxdur.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
79
50
azvision.az

10Mənbələr