
Yanvarın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.