AZ

İran və İsrail gizli şəkildə razılığa gəldilər - KİV

Rusiyanın vasitəçiliyi ilə İran və İsrail gizli şəkildə bir-birinə hücum etməmək barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu  barədə "The Washington Post" (WP) qəzeti yazıb. 

"Ötən ilin dekabrın sonlarında İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya vasitəsilə İran liderlərinə İsrailə ilk hücum edilmədiyi təqdirdə İrana hücum etməyəcəklərini bildiriblər. İran Rusiya kanalları vasitəsilə də qabaqlayıcı zərbə endirməyəcəyini bildirib", - KİV yazıb. 

 Mənbələrə görə, bu təmaslar İsrailin İranla gərginliyi aradan qaldırmaq məqsədi daşıyır. 

Gülayə Mecid 

Seçilən
73
50
unikal.az

10Mənbələr