AZ

Ukraynada fövqəladə vəziyyət tətbiq ediləcək

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə ölkənin enerji sektorundakı fövqəladə vəziyyətlə bağlı iclas keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Zelenski “Telegram”da məlumat verib.

Dövlət başçısı bildirib ki, Rusiyanın hava hücumları və pisləşən hava şəraitinin nəticələri ciddidir.

Onun sözlərinə görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatını bərpa etmək üçün gecə-gündüz işləməyə davam edir.

Prezident bildirib ki, vəziyyəti əlaqələndirmək üçün Kiyevdə daimi fəaliyyət göstərən qərargah yaradılacaq. Bütün Ukrayna enerji sektoru üçün fövqəladə vəziyyət elan ediləcək.

Seçilən
56
7
publika.az

10Mənbələr