AZ

Həftənin ilk iş gününün havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

Milli Hidrometeorologiyada Xidmətindən "Cebheinfo.az"a verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq.

Qeyd olunub ki, atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.

"Cebheinfo.az" 

Seçilən
119
49
cebheinfo.az

10Mənbələr