Bakı. Trend:
Yanvarın 11-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamandaəksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı vənarıncı xəbərdarlıq verilib.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Qobustan, Xızı, Qusar, Daşkəsəndə narıncıxəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti20.8-28.4 m/san-dək güclənəcək.
"Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul,Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı,Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın,Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux,Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran,Masallı, Astara, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraqcənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkiledəcək", - xəbərdarlıqda qeyd olunub.