“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
"Football-plus.az" xəbər verir ki, komanda bir qədər əvvəl Antalyaya yola düşüb.
Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə saat 17.00-da (Bakı vaxtı ilə 18.00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” kollektivi ilə saat 18.00-da (Bakı vaxtı ilə 19.00-da) yoxlama görüşləri keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta