AZ

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüququnun qeydiyyatına görə rüsum ödəməyəcək

Bakı. Trend:

Azərbaycanda müharibə əlilləri və şəhid ailələri mülkiyyəthüququnun qeydiyyatına görə rüsum ödəməyəcək.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında”qanuna edilən dəyişiklikdə əksini tapıb.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və"Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlakamülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasıilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunundərəcələrini müəyyən edilib.

Buraya aiddir:

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasıilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və planölçü) verilməsi;

- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkməişlərinin görülməsi;

- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına

- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi;ipotekanın dövlət qeydiyyatına alınması;

- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

Həmçinin, dəyişiklik sosial cəhətdən həssas əhalikateqoriyasının - müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri iləəlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (ocümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinəyetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habeləşəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqihərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdətutur.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
104
49
az.trend.az

10Mənbələr