"Difai"də daha bir ayrılıq gerçəkləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci iqa təmsilçisi Roman Hüseynovla vidalaşıb. 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
R.Hüseynov cari mövsümün əvvəlindən "Difai"nin formasını geyinirdi.
Qeyd edək ki, "Difai" bunadək Bayraməli Qurbanovla da yollarını ayırıb.