Bu gün Masallı və Bakının Suraxanı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Publika.az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Eminli" yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmiri işi aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində də təmir işləri həyata keçiriləcək.