ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi" "Kayrat"a qarşı
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, “ağ-qaralar”ın i“Kayrat”la (Qazaxıstan) qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
“Neftçi”nin toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.
"Neftçi" sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "Neftçi" qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. "Kayrat" isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Cari mövsümün tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan komanda hazırda turnirin sıralamasında 1 xalla sonuncu - 36-cıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.