Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Ağ Evin ABŞ-ın BirləşmişMillətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı iləbağlı açıqlamasından təəssüfləndiyini bildirib.
Trend xəbər verir ki, bununlabağlı bəyanatda qeyd olunduğuna görə, Birləşmiş MillətlərTəşkilatının Baş Assambleya tərəfindən təsdiq edilmiş müntəzəmbüdcəsinə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMTNizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzvdövlətlər üçün hüquqi öhdəlikdir.
“BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilənmandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılıolanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızıqətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, - deyə bəyanatda qeydolunub.
Qeyd edək ki, Ağ Ev ABŞ-ın digər təşkilatlarla yanaşı BMT-nin 31qurumundan çıxdığını elan edib.