Maşın kanala düşdü - AZYAŞLILAR XİLAS EDİLDİ
Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.