AZ

Azərbaycan nefti ucuzlaşıb

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 ABŞ dolları və ya 0,1% azalaraq 65,73 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 dollar və ya 0,05% bahalaşaraq 63,99 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar və ya 0,2% azalaraq, 33,47 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 dollar və ya 0,06% azalaraq 62,92 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
95
20
kommersant.az

10Mənbələr