AZ

Rusiya ABŞ-ın təqib etdiyi gəmiyə görə donanma göndərdi: Atlantik okeanında nə baş verir?

İddialara görə, Rusiya ABŞ-ın Venesuela sahillərində ələ keçirməyə cəhd etdiyi “Marinera” tankerini müşayiət etmək üçün sualtı qayıq və digər dəniz qüvvələrini göndərib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bu məlumatın rəsmi təsdiqi yoxdur. “Reuters” agentliyi də Rusiya tərəfindən şərh ala bilməyib.

Əvvəllər “Bella 1” kimi tanınan tanker iki həftədən çoxdur ki, ABŞ-ın Venesuelaya tətbiq etdiyi blokadanı aşmağa çalışır. Gəmi Bolivar Respublikasındakı bir limana lövbər salıb neft yükləyə bilməyib. Boş olmasına baxmayaraq, ABŞ Sahil Mühafizəsi onu Atlantik okeanında təqib edir və Rusiyanın qara bazarda satdığı iddia edilən neft də daxil olmaqla, dünyanın hər yerinə qanunsuz neft daşıyan tanker donanmasına aid edir.

Tanker, Yəmənin şimalına hakim olan Şiə Ənsar Allah (Husi) hərəkatının maliyyələşdirilməsinə qarşı mübarizə kampaniyasının bir hissəsi olaraq, 2024-cü ildən bəri ABŞ sanksiyaları altındadır. Onun heyəti əsasən Rusiya, Ukrayna və Hindistan vətəndaşlarından ibarətdir.

Seçilən
118
39
publika.az

10Mənbələr