AZ

Sabah rayonlarda hava necə olacaq?

Yanvarın 7-də Azərbaycanın rayon və şəhərlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, sabah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 7-12° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın əsasən yağmursuz olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz hava proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 8-13° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın əsasən yağmursuz olması proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti,  gündüz 11-16° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 10-15° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz hava proqnozlaşdırılır. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 4-6° isti, gündüz 13-15° isti olacaq.


Telegram kanalımız
Seçilən
59
49
yenisabah.az

10Mənbələr