AZ

Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Bizim.Media

Seçilən
35
15
bizim.media

10Mənbələr