AZ

1200 abonent qazsız qalacaq

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.

Publika.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Seçilən
51
15
publika.az

10Mənbələr