AZ

Bu ərazidə 1200 abonentin qazı kəsiləcək - DİQQƏT

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.

“İki sahil” xəbər verir ki,  "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
29
15
ikisahil.az

10Mənbələr