AZ

DİN: Yanvarın 5-də 41 cinayətin açılması təmin olunub, 43 nəfər saxlanılıb

Yanvarın 5-də ölkə ərazisində polis əməkdaşları tərəfindən ümumilikdə 41 cinayətin açılması təmin edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, bunlardan 34-ü həmin gün qeydə alınan, 7-si isə əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Axtarışda olduğuna görə 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Saxlanılanlar arasında borclu şəxs qismində axtarışda olan 34 nəfər də var.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.

Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gülnar 

Seçilən
83
2
anews.az

10Mənbələr