AZ

Rusiya ABŞ-ı Nikolas Maduronu azad etməyə çağırıb

“Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir“.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil: “Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır”.

“Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək”, – daimi nümayəndə əlavə edib.

AzPost.az

Seçilən
52
8
azpost.info

10Mənbələr