AZ

Emin Əmrullayev vətəndaşları qəbul edəcək - BU RAYONDA

Elm və təhsil naziri Emin Əmrullayev 30 yanvar tarixində Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Seçilən
35
27
redaktor.az

10Mənbələr