AZ

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Seçilən
13
50
avtosfer.az

10Mənbələr