AZ

Tramp Maskla şam yeməyində

ABŞ Prezidenti Donald Tramp, xanımı Melaniya Tramp və milyarder İlon Mask ötən həftəsonu birgə şam yeməyində olublar.

Far.Az xəbər verir ki, müvafiq görüntüləri iş adamı "X" sosial şəbəkəsində paylaşıb.

"2026-cı il möhtəşəm olacaq!" - deyə Mask fotonun altında yazıb.

Jurnalistlərin ehtimalına görə, şam yeməyi Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında baş tutub. Fotodan görünür ki, yeməkdə yalnız Mask və Tramp cütlüyü iştirak edib.

Xatırladaq ki, 2025-ci ilin iyununda Mask və Tramp arasında açıq söz atışması yaşanmışdı. Mask bildirmişdi ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gələ bilməzdi. O, həmçinin dövlət başçısına impiçment elan edilməsi ideyasını dəstəkləmiş, Ağ Ev tərəfindən irəli sürülən dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini və administrasiyanın tətbiq etdiyi idxal rüsumlarını tənqid etmiş, eləcə də ABŞ iqtisadiyyatında 2025-ci ilin ikinci yarısında resessiya olacağını proqnozlaşdırmışdı.

Buna cavab olaraq Tramp, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) nəzarət edən Maskın vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyini və "ağlını itirdiyini" bəyan etmişdi.

Seçilən
64
50
far.az

10Mənbələr