AZ

ABŞ nin “Maduro əməliyyatı” 80 nəfərin həyatına son qoyub

Gununsesi saytına istinadən ain.az xəbər verir.

ABŞ ordusunun yanvarın 3-də həyata keçirdiyi, Venesuela prezidenti Nikolas Maduronun tutularaq ABŞ-yə gətirilməsi ilə nəticələnən əməliyyat zamanı ən az 80 nəfərin öldüyü bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə yanvarın 4-də “New York Times” (NYT) Venesuela hökumətindəki mənbəyə istinadən xəbər verib.

Mənbə deyib ki, ölənlərin arasında mülki şəxslər də var. O əlavə edib ki, yaralanmış şəxslərin həyatını xilas etmək mümkün olmasa, bu rəqəm arta da bilər.

Daha öncə Venesuelanın müdafiə naziri Vladimir Padrino hücum zamanı prezidentin mühafizə xidmətinin böyük hissəsinin öldürüldüyünü bildirmiş, amma rəqəm açıqlamamışdı.

Yanvarın 3-ü səhər saatlarında ABŞ ordusu Karakasa zərbələr endirib, Maduro və həyat yoldaşını tutaraq ABŞ-yə gətirib.

ABŞ-nin baş prokuroru Pem Bondi Maduroların ABŞ məhkəməsi önündə cavab verəcəklərini deyib. Onun sözlərinə görə, Maduro narkoterrorçuluq və ABŞ-yə qarşı silahlı hücum planında təqsirləndirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
50
icma.az

10Mənbələr