AZ

Çin: Zorakılıq aktları beynəlxalq nizamı sarsıdır!

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Çin prezidenti Si Cinpin ABŞ-ın Venesueladakı hərbi əməliyyatı və prezident Nikolas Maduro ilə həyat yoldaşının saxlanılması ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib: "Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur".Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Prezident Si Cinpin ölkəyə səfər edən İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşündə məsələyə münasibət bildirib.Dünyadakı qarışıqlığa işarə edən Si Cinpin dedi: "Bütün ölkələr digər ölkələrin xalqlarının seçdiyi inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməlidirlər. Xüsusilə də böyük ölkələr bu məsələdə öncülük etməlidirlər".İrlandiyanın Baş naziri Martin beynəlxalq mübahisələrin həllində beynəlxalq hüquqa riayət etməyin vacibliyini vurğulayaraq, ölkəsinin Çinlə sıx əlaqə və koordinasiya çərçivəsində beynəlxalq hüququ müdafiə edəcəyini, azad və açıq ticarətə sadiq qalacağını və rifah və sabitliyi təşviq edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
50
icma.az

10Mənbələr